Bank Of Baku

Yəməndə prezident əleyhinə nümayişlər davam edir

Yəməndə prezident əleyhinə nümayişlər davam edir
# 06 may 2011 23:42 (UTC +04:00)
Bakı-APA. Yəmənin bir neçə şəhərində prezident Əli Abdulla Salehə qarşı nümayişlər davam edib.

Ölkənin paytaxtı Sənada cümə namazından sonra yüzlərlə nümayişçi meydanlara axışıb. Onlar «Saleh gedəcək, qatil gedəcək, cinayətkarlıq gedəcək», «İlahi, Abdullanı devir» şüarlarını səsləndiriblər.

Paytaxtın cənubunda isə prezident öz tərəfdarlarını toplayıb. «Xaos, təxribat, qisas, nifrət və kinə «yox», qanuna və konstitusiyaya «hə» deyək», deyə mitinqdə çıxış edən Saleh bəyan edib.

1978-ci ildən ölkəni idarə edən Salehə qarşı çıxışlar bu il fevralın əvvəlindən başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR