Bank Of Baku

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb
# 07 may 2011 10:03 (UTC +04:00)
Təyyarənin göyərtəsində 25 nəfər sərnişin və pilot heyəti olub. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, ölən və yaralananlar haqqında hələ məlumat verilmir.
Qəzaya uğramış təyyarə İndoneziyanın Qərbi Papua vilayətinin Kaymana və Soronq şəhərləri arasında uçuş yerinə yetirirdi.
Artıq hadisə yerinə bir neçə balıqçı və xilasetmə gəmiləri gəlib. Qəza səbəbləri haqqında məlumat verilmir. Lakin hadisə zamanı ərazidə əlverişsiz hava şəraiti olduğu bildirilir.
Qeyd edək ki, təxminən 1 il öncə göyərtəsində 107 sərnişin olan həmin aviaşirkətə məxsus «Boeing-737-300» təyyarəsi Qərbi Papua vilayətində uçuş zolağından çıxaraq çaya düşüb və iki hissəyə bölünüb. Hadisə zamanı ölən olmasa da, 20 nəfər xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR