Bank Of Baku

İraqda qızıl məmulatları satılan ticarət mərkəzinə hücum olub

İraqda qızıl məmulatları satılan ticarət mərkəzinə hücum olub
# 07 may 2011 15:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İraqın Baakuba şəhərində qızıl məmulatları satılan ticarət mərkəzinə hücum edilib.

APA-nın «Reuters» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu gün bir qrup silahlı şəxs Bağdadın şimalında yerləşən Baakuba şəhərinin qızıl məmulatları satılan ticarət mərkəzinə hücum ediblər. Nəticədə, ilkin məlumatlara görə, 6 nəfər öldürülüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Hüquq-mühafizə orqanları hadisə yerinə gələn zaman isə minalanmış avtomobil partladılıb. Hadisənin digər təfərrüatları barədə isə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR