Bank Of Baku

Əl-Qaidə ABŞ-a xəbərdarlıq edib

Əl-Qaidə ABŞ-a xəbərdarlıq edib
# 11 may 2011 22:57 (UTC +04:00)
Bakı-APA. Əl-Qaidə-nin Yəməndəki lideri ötən həftə Pakistanda Üsama Bin Ladenin öldürülməsinə cavab olaraq ABŞ-a qarşı qisas hücumlarına dair xəbərdarlıq edib. Bu barədə APA voanews.com-a istinadən xəbər verir.

İnternetdə yerləşdirilən bəyanatda Nasir Əl-Vahisi amerikalılara deyib ki, Bin Ladenin ölümündən sonra cihadın közərtiləri daha parlaqdır və gələcəkdə baş verənlər daha pis olacaq.

Bu arada ABŞ senatoru Con Kerri elan edib ki, Bin Ladenin məhvindən sonra münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün Pakistana səfər edəcək.

Bin Ladenin Pakistanın daxilində gizləndiyinin aşkar edilməsi və ABŞ reydi nəticəsində onun öldürülməsi Pakistanla münasibətləri gərginləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR