Bank Of Baku

Yəməndə təhlükəsizlik qüvvələri 9 nümayişçini qətlə yetiriblər

Yəməndə təhlükəsizlik qüvvələri 9 nümayişçini qətlə yetiriblər
# 12 may 2011 03:52 (UTC +04:00)
Bakı-APA. Yəmən təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olan nümayişçilərin sayı 9 nəfərə çatıb.

Şahidlərin sözlərinə görə, minlərlə nümayişçi paytaxt Sənada hökumət evinə tərəf yürüş edərək prezident Əli Abdulla Salehin istefasını tələb ediblər. Təhlükəsizlik qüvvələri isə onları saxlamaq məqsədilə atəş açıblar. Həkimlərin məlumatına görə, nəticədə ən azı 6 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.

Ölkənin cənub-qərbindəki Taiz şəhərində iki nümayişçi həlak olub.

Daha bir nümayişçi isə Hüdeyda liman şəhərində qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR