Bank Of Baku

Suriyanın Hələb şəhərində gənclərin nümayişinin qarşısı alınıb

Suriyanın Hələb şəhərində gənclərin nümayişinin qarşısı alınıb
# 13 may 2011 02:51 (UTC +04:00)
Bakı-APA Suriyanın ikinci iri şəhəri olan Hələbdə minlərlə tələbənin etiraz nümayişinə qatılmaq cəhdi təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbər görə, bu nümayiş şəhərdə indiyədək baş verən ən izdihamlı aksiya olub.
Tələbələr ən fəal nümayişlərin keçdiyi şəhərlərin mühasirəsinin qaldırılmasına çağırıblar.
Hökumət qüvvələrinin fəallığına baxmayaraq ölkə boyu etirazlar dalğası səngimək bilmir.
Hazırda kütləvi etirazlara yol verməmək üçün Homs şəhərinə tanklar yeridilib.
Yerli sakinlərə istinadən şəhərin bəzi hissələrində, su ilə elektrik təchizatı kəsilib və tibbi yardım xidməti fəaliyyət göstərmir.
Daxil olmuş məlumatlarda yaşayış massivlərinin tanklardan atəşə tutulması nəticəsində 9 adamın həlak olduğu göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR