Bank Of Baku

Pakistanda baş verən terror aktında azı 70 nəfər ölüb, 30-dan çox adam yaralanıb

Pakistanda baş verən terror aktında azı 70 nəfər ölüb, 30-dan çox adam yaralanıb
# 13 may 2011 07:40 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə Peşavər şəhərindən 30 km aralıda, hərbi polis dəstəsinin hazırlıq mərkəzinin ərazisində baş verib. Ölənlərin çoxu bu mərkəzdə təlim keçən hərbçilərdir. Müdavimlər onları evlərinə daşıyacaq avtobuslara əyləşərkən partlayış olub. İlk partlayış kamikadze tərəfindən törədilib. İkinci bombanın kim tərəfindən partladıldığı hələlik bəlli deyil.

Taliban hərəkatının Pakistan bölməsi terrora görə məsuliyyəti öz üzərinə götürüb. Taliblər bildiriblər ki, bu aksiya Üsamə bin Ladenin öldürülməsinə cavab olaraq ilk qisas aktıdır. Onlar Əfqanıstan və Pakistanda yeni və daha iri terror aksiyaları törətməklə hədələyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR