Bank Of Baku

Amerikalılar Üsamə bin Ladenin həyat yoldaşlarını dindiriblər

Amerikalılar Üsamə bin Ladenin həyat yoldaşlarını dindiriblər
# 13 may 2011 12:50 (UTC +04:00)
Bakı – APA. ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları Pakistanda Üsamə bin Ladenin həyat yoldaşlarını dindiriblər. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, dindirmə prosesi Pakistanın xüsusi xidmət orqanı İSİ-ın əməkdaşlarının müşahidəsi altında aparılıb. Qadınların sorğu zamanı özlərini aqressiv apardıqları bildirilir. Amerikalılar önəmli bilgilər ala bilməyiblər.

Qeyd edək ki, bin Ladenin 3 xanımı onunla birlikdə Abbotabad şəhərindəki malikanədə yaşayıb. Onlardan biri – 29 yaşlı Amal Əhməd Abdulfəttah amerikalıların evə hücumu zamanı ayağından yaralanıb. Digər xanımların adları Umm Hamza kimi də tanınan Hayriyə Sabar və Umm Xalid kimi də tanınan Siham Sabardır. Ümumilikdə bin Ladenin 5 arvadı olub. Bu nikahlardan onun azı 20 övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR