Bank Of Baku

Yəməndə naməlum şəxslər nümayiş iştirakçılarına atəş açıb

Yəməndə naməlum şəxslər nümayiş iştirakçılarına atəş açıb
# 14 may 2011 19:35 (UTC +04:00)
Bakı-APA. Yəmənin Taiz şəhərində naməlum şəxslər evlərin damlarından nümayiş iştirakçılarına atəş açıblar.
APA-nın Ərəb televiziya kanallarına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində yeddi nəfər yaralanıb alıb. Nümayişçilər prezident Əli Abdullah Salehin istefasını tələb edirdilər.

Yəmən müxalifəti bu gün ölkənin cənub regionlarında vətəndaş itaətsizliyi kampaniyasının başlanmasını elan edib. Etiraz aksiyaları Aden, Taiz və başqa şəhərlərdə keçirilib.

Yəməndə iğtişaşlar üç aydır ki, davam edir. Hər gün minlərlə insan 33 il hakimiyyətdə olan Salehin istefası tələbi ilə etiraz aksiyalarında iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR