Bank Of Baku

İran səfiri: “Rusiyanın İrana “C-300” zenit-raket kompleksi satmaqdan imtina etməsi ölkələrimiz arasında ticarət münasibətlərinə mənfi təsir göstərəcək”

İran səfiri: “Rusiyanın İrana “C-300” zenit-raket kompleksi satmaqdan imtina etməsi ölkələrimiz arasında ticarət münasibətlərinə mənfi təsir göstərəcək”
# 19 may 2011 10:14 (UTC +04:00)
Bakı. Əhməd Yusifzadə-APA. İranın Rusiyadakı səfiri Mahmud Rza Səcadi Rusiyanı ölkəsinə “C-300” zenit-raket kompleksi satmaqdan imtina etdiyinə görə tənqid edib. APA-nın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, səfir bəyan edib ki, bu addım iki ölkə arasında ticarət münasibətlərinə neqativ təsir göstərəcək.
“Hesab edirəm ki, Rusiya iqtisadiyyatı bir çox hallarda siyasətdən asılıdır, buna görə də iki ölkə arasında ticarət münasibətlərinin səviyyəsini arzuolunan səviyyəyə çatdırmaq çox çətindir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardır, bu rəqəmi on dəfə artırmağa siyasi motivlər mane olur. Rusiyanın İrana “C-300” zenit-raket komplekslərini satmaqdan imtina etməsi ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin azalmasına səbəb olacaq”.
Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedyev “BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin yerinə yetirilməsinə dair tədbirlər haqqında” sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR