Bank Of Baku

«Əl-Qaidə» Ənvər əl-Əvlakinin qətlə yetirildiyini təkzib edib

«Əl-Qaidə» Ənvər əl-Əvlakinin qətlə yetirildiyini təkzib edib
# 03 oktyabr 2011 22:45 (UTC +04:00)
Bakı-APA. «Ərəbistan yarımadasında Əl-Qaidə»nin nümayəndələri liderləri Ənvər əl-Əvlakinin Yəməndə ABŞ pilotsuz təyyarələri tərəfindən qətlə yetirilməsi xəbərini təkzib ediblər.

«Əl-Qaidə»nin bəyanatı terrorçunun mənsub olduğu tayfanın 25 üzvünün onun meyitini tanımamağından sonra verilib.

Sentyabrın 30-da Yəmən müdafiə nazirliyi «Əl-Qaidə» liderlərindən biri olan Ənvər əl-Əvlakinin qətlə yetirildiyini bildirib. Yəmən mətbu orqanları əl-Əvlakinin ABŞ pilotsuz təyyarələri tərəfindən ölkənin cənubundakı Abyan əyalətində qətlə yetirildiyini xəbər veriblər.

Məlumatı ABŞ prezidenti Barak Obama da təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR