Bank Of Baku

Rusiya və Çin Suriyaya qarşı qətnamənin qəbuluna veto qoyublar

Rusiya və Çin Suriyaya qarşı qətnamənin qəbuluna veto qoyublar
# 05 oktyabr 2011 07:36 (UTC +04:00)
APA-nın məlumatına görə, səsverməyə çıxarılan qətnamə Suriyada yaxın bir ay ərzində zorakılıqlara son qoyulmayacağı təqdirdə bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Qətnamənin müəllifi Avropa ölkələridir. Xatırladaq ki, bundan əvvəl Rusiya və Çin 2008-ci ilin iyulunda Zimbabve prezidenti Robert Muqabeyə qarşı sanksiya tətbiqinə veto qoyublar.

Suriyada bu ilin martından prezident Bəşər Əsədin istefası və ölkədə siyasi islahatlar keçirilməsi tələbi ilə aksiyalar başlayıb. Hüquq-müdafiə təşkilatlarının hesablamalarına görə, aksiyaların zorakılıqla yatırılması nəticəsində ölənlərin sayı 2700 nəfərə çatıb. Suriya hökuməti isə aksiya iştirakçılarını terrorçu kimi qələmə verərək 700-dək polis və hərbçinin terror qurbanı olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR