Bank Of Baku

İranda Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin rəhbəri Səid Nəiminin azadlığa buraxılmasına dair vəsatət rədd edilib

İranda Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin rəhbəri Səid Nəiminin azadlığa buraxılmasına dair vəsatət rədd edilib
# 05 oktyabr 2011 14:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Təbriz şəhər Prokurorluğu Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin rəhbəri, yazıçı-publisist Səid Nəiminin vəsatətini rədd edib. S. Nəiminin vəkili Məhəmmədrza Fəqihinin APA-ya verdiyi məlumata görə, yazıçının barəsində çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilməsi və girov qarşılığında azadlığa buraxılmasına dair vəsatətinə mənfi cavab verilib.

Prokurorluq bunu S. Nəiminin fəaliyyətində ictimai təhlükəlilik riskinin çox olması ilə əsaslandırıb. S. Nəiminin işi üzrə məhkəmə prosesi Təbriz şəhər Məhkəməsində noyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, S. Nəimi mayın 8-də İran İnformasiya və Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Yazıçı milli ayrıseçkilik salmaqda ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR