Bank Of Baku

Suriya Livanla sərhədi minalamağa başlayıb

Suriya Livanla sərhədi minalamağa başlayıb
# 27 oktyabr 2011 16:16 (UTC +04:00)
Bakı - APA. Suriya qoşunları ölkənin Livanla sərhədində minalı sahələr yaratmağa başlayıblar. APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə. Bu barədə sərhəd zonasında yaşayan livanlılar məlumat verib.

Minalar Suriya-Livan sərhədinin şimal-şərq hissəsində, Xoms şəhərinin yaxınlığında da yerləşdirilir. Burada iki ölkənin sərhədi kiçik torpaq hissəsindən keçir. Bu üzdən ərazi hər iki tərəfdən olan qaçaqmalçıların fəal şəkildə istifadə etdiyi yer olub.

Suriya hökuməti dəfələrlə bəyan edib ki, üsyançıların hökumət qoşunlarına qarşı istifadə etdiyi silah xaricdən, o cümlədən Livandan gətirilir. Xoms şəhəri isə Bəşər Əsəd rejiminə qarşı mübarizənin əsas mərkəzlərindən biridir.

Qeyd edək ki, Suriyada bu ilin mart ayından başlayan xalq üsyanı indiyədək 3 min nəfərin ölümü ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR