Bank Of Baku

NATO-nun baş katibi: “Suriyada hərbi əməliyyat keçirməyə hazırlaşmırıq”

NATO-nun baş katibi: “Suriyada hərbi əməliyyat keçirməyə hazırlaşmırıq”
# 31 oktyabr 2011 16:23 (UTC +04:00)
Bakı - APA. NATO-nun baş katibi Ander Foq Rasmussen bəyan edib ki, alyans Suriyada hərbi əməliyyat keçirməyə hazırlaşmır. APA-nın AFP-yə istinadən xəbərinə görə, bu bəyanatı o, Tripolidə səsləndirib.

Liviya və Suriyadakı situasiyanı müqayisə edən Rasmussen deyib ki, NATO Liviyadakı əməliyyat zamanı BMT-nin mandatına və region ölkələrinin qeyd-şərtsiz dəstəyinə arxalanıb: “Suriya ilə bağlı vəziyyət isə belə deyil. Ona görə iki ölkədəki vəziyyəti müqayisə etmək də mənasızdır”.

Bununla belə, alyans rəhbəri Suriya üzərində uçuşsuz zonanın yaradılacağını istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR