Bank Of Baku

İsrail Şərqi Yerusəlimdə tikintini tezləşdirib

İsrail Şərqi Yerusəlimdə tikintini tezləşdirib
# 01 noyabr 2011 21:41 (UTC +04:00)
Bakı-APA. İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərin öz müstəqil dövlətinin paytaxtı görmək istədiyi Şərqi Yerusəlimdə İsrail üçün əlavə iki min evin tikiləcəyini elan edib.
APA-nın verdiyi xəbərə görə, İsrail hökuməti bu qərarı Fələstinin UNESCO beynəlxalq təşkilatına üzv olmasına cavab olaraq qəbul olunub.
Xatırladaq ki, oktyabrın 31-də UNESCO-nun baş konfransında Fələstin bu təşkilatın üzvlüyünə qəbul edilib.
Qərar Fələstinin UNESCO-nun Nizamnaməsini imzalaması və ratifikasiya etməsindən sonra qüvvəyə minəcək.
Səsvermədə 107 üzv ölkə qərarın lehinə, 14 ölkə əleyhinə səs verib, 52 dövlət bitərəf qalıb. BMT üzvü olmayan bir ölkənin UNESCO sıralarına qəbulu üçün qurumun İcra Komitəsi və Baş Konfransda iştirak edən üzv dövlətlərin üçdə ikisinin səsi tələb olunur. Fələstin UNESCO-nun 195-ci üzvü olmaq hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR