Bank Of Baku

Oktyabrda İraq Türkmən Cəbhəsinin 4 bürosuna terror hücumu olub

Oktyabrda İraq Türkmən Cəbhəsinin 4 bürosuna terror hücumu olub
# 02 noyabr 2011 14:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. 2011-ci ilin oktyabr ayında Kərkükdə (İraq) türkmənlərə qarşı hücumlar davam edib. APA-nın Kərkük Xəbər Agentliyinə (KXA) istinadən verdiyi xəbərə görə, oktyabrda İraq Türkmən Cəbhəsinin 4 bürosuna qarşı terror aksiyası törədilib. Xoşbəxtlikdən bu hücumlar zamanı ölən olmayıb. Lakin ofislər dağılıb, həmçinin evlərə ziyan dəyib.
Qeyd edək ki, türkmənlər İraqda etnik say tərkibinə görə ərəb və kürdlərdən sonra üçüncü etnik qrupdur. Türkmənlərin təxmini sayı 3 milyondan artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR