Bank Of Baku

Suriya böhrandan çıxışa dair Ərəb Dövlətləri Liqasının planını qəbul edib

Suriya böhrandan çıxışa dair Ərəb Dövlətləri Liqasının planını qəbul edib
# 02 noyabr 2011 19:41 (UTC +04:00)
Bakı-APA. Suriya Ərəb Dövlətləri Liqasının (ƏDL) bu ölkədə böhrana son qoyulmasına dair planını qəbul edib. Bu barədə Qətərin baş naziri Həmad ben Casem əl-Tani məlumat verib.

«Biz hiss etdik ki, Suriya tərəfi həqiqətən bu planın həyata keçməsi üçün əməkdaşlığa hazırdır», deyə o əlavə edib.

ƏDL-nın təklif etdiyi plan yeni qurbanların olmaması üçün hər iki tərəfin zorakılığa son qoymasını nəzərdə tutur. Bundan əlavə, Dəməşq son hadisələr nəticəsində həbsxanalara atılmış məhbusları azad etmək barədə öhdəlik götürüb. Plana görə ölkənin bütün yaşayış məntəqələrindən hərbi texnika çıxarılmalıdır.

Həmçinin plana əsasən, Dəməşq ƏDL-nın müxtəlif strukturlarının əməkdaşlarını, həmçinin dünya KİV-nin nümayəndələrini öz ərazisinə buraxmalı və sərbəst hərəkət etmələrinə mane olmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR