Bank Of Baku

İranın baş prokuroru istintaqa təzyiq göstərənlərə xəbərdarlıq edib

İranın baş prokuroru istintaqa təzyiq göstərənlərə xəbərdarlıq edib
# 28 noyabr 2011 07:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bildirib ki, ölkə tarixində ən böyük bank oğurluğu ilə bağlı 27 nəfər həbs edilib. APA-nın məlumatına görə, Q. M. Ejei deyib ki, indiyədək bu işlə əlaqədar 127 nəfər barəsində araşdırılma aparılıb, 50 nəfər bank oğurluğunda şübhəli sayılıb: “Əgər prokuror tələb edərsə, onlar hakim qarşısına çıxarılacaq”.

Baş Prokuror əlavə edib ki, bu işlə əlaqədar ölkə parlamentinin, hökumətin və Ali Məhkəmənin əməkdaşlığına ehtiyac var. O qeyd edib ki, yeyintidə təqsirləndirilən əsas müttəhimə aid 175 mülk aşkarlanıb və tezliklə müsadirə olunacaq.

Qulamhuseyn Möhsüni Ejei onlara təzyiq göstərənlərə xəbərdarlıq da edib: “Bu təzyiqlərin heç bir nəticəsi olmayacaq. Xalqın pulunu özünə qaytaracaq və cinayətkarları cəzalandıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR