Bank Of Baku

Tehranda tələbələr yenidən Böyük Britaniyanın səfirliyinə daxil olublar

Tehranda tələbələr yenidən Böyük Britaniyanın səfirliyinə daxil olublar
# 29 noyabr 2011 19:20 (UTC +04:00)
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, tələbələrlə polis arasında toqquşma baş verib. Hər iki tərəfdə yaralananlar var.
Bildirilir ki, tələbələr Britaniya səfirliyinin ikinci binasına daxil olmağa cəhd ediblər.
Bir qədər əvvəl İran polisi Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum zamanı girov götürülmüş altı nəfəri azad edib.
Səfirliyin qarşısında aksiya keçirən tələbələr səfirlik binasının şüşələrini sındırıblar, binada asılmış Böyük Britaniya bayrağını çıxarıblar.
Onlar səfirliyə aid bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. Polis gözyaşardıcı qazdan istifadə edərək tələbələri səfirliyin ərazisindən çıxarmağa nail olmuşdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR