Bank Of Baku

İran XİN Böyük Britaniya səfirliyinə edilən hücuma münasibət bildirib

İran XİN Böyük Britaniya səfirliyinə edilən hücuma münasibət bildirib
# 29 noyabr 2011 21:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bəyanatda belə bir hadisənin baş verməsindən təəssüf bildirilir. Eyni zamanda bəyanatda İran XİN-in beynəlxalq qanunvericiliyə hörmət bəslədiyi və məsələyə ilə bağlı aidiyatı orqanlardan müvafiq addımlar atılmasını, həmçinin ölkədəki bütün diplomatların can və mal təhlükəsizliyinin müdafiəsini tələb etdiyi qeyd olunub.

Qeyd edək ki, noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib. Səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Aksiya iştirakçıları səfirlik binasından asılmış Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıblar. Britaniya və İsrail bayraqları yandırılıb. Eyni zamanda bəzi şəxslər içəri daxil olaraq səfirliyə məxsus bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. İran polisi səfirliyə hücum zamanı girov götürülmüş altı britaniyalı diplomatı azad edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR