Bank Of Baku

İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Böyük Britaniya səfirliyinə hücuma haqq qazandırıb

İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Böyük Britaniya səfirliyinə hücuma haqq qazandırıb
# 30 noyabr 2011 11:09 (UTC +04:00)
APA-nın məlumatına görə, Ə. Bürucerdi deyib ki, insanların Böyük Britaniya səfirliyi qarşısında keçirdikləri aksiya onların pak həyəcanını və duyğusunu göstərir: “Bu, tələbələrin imperializmlə mübarizəsinin nəticəsidir”.

İranlı deputat hücum faktını milli mənafeyin müdafiəsi kimi dəyərləndirib: “Böyük Britaniyanın İranla əvvəldən düşmənçiliyi var, bu da insanların ürəyində onlara qarşı nifrət yaradıb”.

Ə. Bürucerdi deyib ki, İranda bütün xarici vətəndaşların təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olunur: “İran bütün beynəlxalq qanunlara, eləcə də Vyana Konvensiyasına hörmətlə yanaşır. Məhz buna görə də bu məsələ digər ölkələrin və başqa səfirliklərin narahatlığına səbəb olmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR