Bank Of Baku

İranda yaşayan azərbaycanlılara virtual ana dili dərsləri keçirilir

İranda yaşayan azərbaycanlılara virtual ana dili dərsləri keçirilir
# 02 dekabr 2011 02:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda yaşayan azərbaycanlılar üçün virtual ana dili dərsləri keçirilir. APA-nın məlumatına görə, məqsəd bu ölkədə yaşayan və ana dilində təhsil almaqdan məhrum edilmiş azərbaycanlılara latın qrafikalı Azərbaycan əlifbasını öyrətməkdir. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü ilə dərslər hər cümə axşamı Təbriz vaxtı ilə saat 21:30-da «paltalk» proqramı vasitəsilə həyata keçirilir. Hətta bununla bağlı virtual tədris materialı da hazırlanıb. Həmin virtual dərslikdə ərəb qrafikalı əski Azərbaycan əlifbasının hərflərinin müasir latın qrafikalı Azərbaycan əlifbasının hərfləri ilə qarşılığı göstərilir və tələffüz edilərək tədris olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR