İran Televiziyası: İran hərbçiləri ABŞ-a məxsus pilotsuz təyyarəni vurublar
04 dekabr 2011 22:05 (UTC +04:00)
Bakı-APA. İran Silahlı Qüvvələri ABŞ-a məxsus bir pilotsuz təyyarəni vurub. APA-nın xəbərinə görə, bu barədə İranın ərəb dilində yayınlanan Əl Aləm dövlət televiziyası məlumat yayıb.
Televiziya İran Silahlı Qüvvələrinin adını çəkmədiyi vəzifəli şəxsinə istinadən ABŞ-a məxsus RQ-170 tipli pilotsuz hərbi kəşfiyyat təyyarəsinin vurulduğunu xəbər verib. İran hərbçiləri bu addımı qurğunun İranın hava sərhədini pozması ilə əlaqələndirib.
Təyyarənin vurulmasının vaxtı barədə məlumat verilməyib.
Bu açıqlamadan sonra NATO-nun Əfqanıstanda yerləşən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri ötən həftə bir hərbi kəşfiyyat təyyarəsinin itdiyini. Bir həftədir ki, onunla bağlı araşdırma apardıqlarını bildiriblər.
Təhlükəsizlik Qüvvələri qurğuya nəzarəti itirdiklərini bildirsələr də, onun İran ərazisində vurulduğunu təsdiqləyən hər hansı dəlil olmadığını deyiblər.

Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024