Bank Of Baku

İran prezidenti Mahmud Əhmədinejada yaxın saytlar Böyük Britaniya səfirliyinə hücumu kəskin tənqid edib

İran prezidenti Mahmud Əhmədinejada yaxın saytlar Böyük Britaniya səfirliyinə hücumu kəskin tənqid edib
# 05 dekabr 2011 10:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran prezidenti Mahmud Əhmədinejad Böyük Britaniyanın bu ölkədəki səfirliyinə hücuma münasibət bildirməsə də, onun siyasi kursunu dəstəkləyən bəzi saytlar məlum hadisəni pisləyib.

APA-nın məlumatına görə, onlar bunu hökumətin əleyhinə atılmış bir addım kimi qiymətləndirib və bu işdə İran parlamentinin bəzi deputatları ilə Tehran şəhər İcra Hakimiyyətinin başçısı Məhəmməd Bağır Qalibafın əli olduğunu açıqlayıblar. “Kianpress” (www.kianpress.com) internet saytı də həmin tənqidlərdən bir neçəsini dərc edib.

“Superinhirafi” (htpp//superenherafi.blogfa.com) saytı Böyük Britaniya səfirliyinə hücum ilə bağlı Tehran şəhər İcra Hakimiyyətinin başçısı Məhəmməd Bağır Qalibafın əvvəlcədən plan cızdığını yazıb: “Bunlar İrana qarşı sanksiyaların daha da artırılmasını istəyirlər. Bununla da Əhmədinejad hökumətini çıxılmaz vəziyyətə salmaq niyyətindədirlər. Bu hücumu planlaşdıran şəxslər özlərini Böyük Britaniyanın əleyhdarları kimi göstərsələr də, əslində İranın bu ölkə ilə əlaqələrinin kəsilməsini istəmirlər”.

“Nedayidarun” (http//nedaiedaroun.parsiblog.com) saytı isə Böyük Britaniyanın İrandakı səfirliyinə hücumun şübhəli olduğunu yazıb: “Bəzi şəxslər gəncləri təhrik edərək belə bir şey həyata keçiriblər. Bu addım əslində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyini də çıxılmaz vəziyyətdə qoyub”.

“Ədvarhikmət” (http://advarehekmat.blogfa.com) saytı məsələ ilə bağlı mövqeyini suallarla bildirib: “Görəsən Böyük Britaniyanın İrandakı səfirliyinə hücum milli mənafeyə uyğun idimi?! Görəsən bu işi görənlərin deputatlarla nə əlaqələri var?! Bir də İran Xarici İşlər Nazirliyindən başqa hər hansı bir dövlət rəsmisi bununla bağlı mövqeyini açıqlamayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR