Bank Of Baku

Yəməndə koalision milli birlik hökuməti təşkil olunub

Yəməndə koalision milli birlik hökuməti təşkil olunub
# 11 dekabr 2011 02:16 (UTC +04:00)
Bakı-APA.Yəməndə koalision milli birlik hökuməti təşkil olunub.
APA-nın verdiyi xəbərə görə, paytaxt Sənada and içərək fəaliyyətə başlayan yeni hökumətə rəhbərliyi Məhəmməd Salem Bassandav edəcək. 35 üzvlü olan hökumətin əsas məqsədi fevralın 21-də keçiriləcək prezident seçkilərinə hazırlıq görməkdir.
Yeni hökumətin üzvləri vitse-prezident Əbdül Rabuh Mənsur Hadi ilə ilk görüşü keçirilib. Hadi yeni hökuməti siyasi fikir ayrılıqlarını kənara qoyub, diqqətləri mühüm məsələlərə yönəltməyə çağırıb. Milli birlik hökumətində nazir vəzifələri prezident Əli Abdulla Salehin tərəfdarları və müxalifət nümayəndələri arasında bərabər bölünüb. Salehin tərəfdarları müdafiə, xarici işlər, neft, müxalifət isə daxili, maliyyə və informasiya nazirliklərinə rəhbərlik edəcəklər.
Yəməndə yeni milli birlik hökumətinin təşkil olunması BMT-nin Baş katibi Pan Ki Mun tərəfindən alqışlanıb. O bildirib ki, yeni hökumət gənclər və qadınlar daxil olmaqla ölkənin bütün vətəndaşlarına Yəmənin gələcəyini qurmağa şərait yaratmalıdır. “Bu işdə yeni hökumətə yaxından köməkliyi hal-hazırda Sənada olan BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Camal ben Ömər və onun komandası göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR