Bank Of Baku

Yəməndə “Əl-Qaida” üzvü olan 15 məhbus həbsxanadan qaçıb

Yəməndə “Əl-Qaida” üzvü olan 15 məhbus həbsxanadan qaçıb
# 12 dekabr 2011 12:39 (UTC +04:00)
Bakı-APA. Dekabrın 12-də Yəmən paytaxtındakı həbsxanadan “Əl-Qaida” terror təşkilatının üzvü olan məhbus qaçıb. APA-nın məlumatına görə, məhbuslar həbsxana divarının altından tunel qazaraq qaçmağa müvəffəq olublar. Müxtəlif versiyalara görə qaçan məhbusların sayı 10-15 nəfərdir. Etibarlı mənbə “Al-Arabia” telekanalına məhbusların həbsxana rəhbərliyi və ya nəzarətçilərin köməyi olmadan qaçmasının mümkünsüz olduğunu deyib.

Xatırladaq ki, iyunda “Əl-Mukalle” həbsxanasından 60 nəfər “Əl-Qaida” üzvü olan məhbus qaçıb. Onlar qaçış zamanı mühafizəçilərdən birini öldürüb, bir neçəsini yaralayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR