Bank Of Baku

İsraildə məscidlərdə səsgücləndirici vasitəsilə azan oxunmasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi mübahisələrə səbəb olub

İsraildə məscidlərdə səsgücləndirici vasitəsilə azan oxunmasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi mübahisələrə səbəb olub
# 13 dekabr 2011 13:51 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. İsraildə məscidlərdə səsgücləndirici vasitəsilə azan oxunmasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi hökumətdə fikir ayrılığına səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrailin xarici işlər naziri Aviqdor Libermanın lideri olduğu “Evimiz İsrail” Partiyasının millət vəkili Anastasia Mixaeli tərəfindən parlamentə təqdim edilən qanun layihəsi qadağanın bütün ibadət evlərində tətbiqini nəzərdə tutur.

Yüz minlərlə İsrail vətəndaşının səsgücləndiricilərlə azan oxunmasından narahat olduğunu söyləyən millət vəkili bildirib ki, din azadlığı gündəlik həyata zərər verməməlidir. Baş nazir Benyamin Netanyahu da layihəyə dəstək verib.

Dövlət xidmətlərinin inkişafı naziri Mixail Eitan isə bildirib ki, qanun layihəsi layihəsi müsəlmanlara qarşı yönəlib: “Əgər insanlar səs-küydən narahat olursa, o zaman hər yerdə səsin qarşısını almaq üçün bir qanun çıxarmalıyıq”.

Hökumətdə fikir ayrılığına səbəb olan qanun layihəsinin müzakirəsi müəyyən müddətə qədər təxirə salınıb.

Prezident Şimon Peres də layihəyə öz etirazını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR