Bank Of Baku

Pakistan prezidenti xəstəxanadan evə buraxılıb

Pakistan prezidenti xəstəxanadan evə buraxılıb
# 15 dekabr 2011 01:49 (UTC +04:00)
Bakı-APA. Pakistan prezidenti Asıf Əli Zərdari müalicə olunduğu Dubay Amerikan xəstəxanasını tərk edib.

Associated Press of Pakistan (APP) agentliyinin məlumatına görə, prezidentin mətbuat katibi Fərhadullah Babur, ürək xəstəliyi səbəbilə müalicə olunan Zərdarinin artıq Dubaydakı iqamətgahında olduğunu bildirib. Zərdarinin ölkəsinə nə vaxt qayıdacağı bilinmir. Dünən Pakistanın baş naziri Yusif Rza Gilani prezident Zərdarinin həyatına təhlükə olduğu üçün öz ölkəsində deyil, Dubayda müalicə olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR