Bank Of Baku

İranda məhkəmə xristianlığı qəbul etmiş 4 vətəndaşın həbsi haqqında qərar çıxarıb

İranda məhkəmə xristianlığı qəbul etmiş 4 vətəndaşın həbsi haqqında qərar çıxarıb
# 15 dekabr 2011 10:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şiraz İnqilab Məhkəməsi xristianlığı qəbul etmiş 4 vətəndaşın həbsi haqqında qərar çıxarıb. APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, beynəlxalq təşkilatların təzyiqi nəticəsində edamdan qurtulan Pərviz Xələc, Bəhruz Sadiq Xəncani, Məhəmməd Bəlyad və Nazlı Məkariyanın hər birinə bir il həbs cəzası verilib. Onlarla birlikdə tutulmuş və bir il həbs cəzasına məhkum edilmiş Mehdi Fürutən isə iki aydır həbsdədir və Şiraz şəhərinin Pir Beno həbsxanasında narkomanlarla eyni kamerada saxlanılır. Əgər digər dörd şəxs 20 gün ərzində təslim olmasalar, onların müvəqqəti azadlığa çıxması üçün qoyduqları zəmanət dövlət tərəfindən müsadirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR