Bank Of Baku

Pentaqon rəhbəri Bağdadda ABŞ qoşunlarının İraqdan çıxarılmasına həsr olunmuş təntənəli mərasimdə iştirak edib

Pentaqon rəhbəri Bağdadda ABŞ qoşunlarının İraqdan çıxarılmasına həsr olunmuş təntənəli mərasimdə iştirak edib
# 15 dekabr 2011 12:06 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə İraqdakı ABŞ hərbi kontingentinin bayrağı aşağı salınıb. Hər gün çoxsaylı maşın karvanları İraqda dislokasiya olunmuş hərbçiləri və hərbi yükləri Küveytə daşıyırlar. Hazırda İraqda 4 min ABŞ hərbçisi qalmaqdadır. Onlar İraqı bu ilin sonuna kimi tərk edəcəklər. Bağdadda ABŞ səfirliyinin binasını mühafizə etmək üçün cəmi 150 hərbçi qalacaq.

Vaşinqton Bağdaddan ölkədə minimum 3 min nəfərlik hərbi kontingent saxlamağa icazə istəsə də, fikir ayrılığı səbəbilə danışıqlar baş tutmayıb. Qeyd edək ki, İraqda 500-dən çox hərbi bazada 170 min ABŞ əsgəri hərbi xidmət keçib. Müharibə zamanı 450-dən çox amerikalı əsgər öldürülüb. Qərb mətbuatı İraqda hərbi əməliyyatlar zamanı 120 minə yaxın mülki şəxsin öldürüldüyünü yazır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR