Bank Of Baku

İran vurulmuş ABŞ və İsrail pilotsuz təyyarələrini nümayiş etdirəcək

İran vurulmuş ABŞ və İsrail pilotsuz təyyarələrini nümayiş etdirəcək
# 15 dekabr 2011 12:19 (UTC +04:00)
APA-nın məlumatına görə, sərgidə İran səmasında vurulmuş xarici pilotsuz uçuş aparatları nümayiş olunacaq. “Mehr” agentliyi sərgidə İsrailin 4, ABŞ-ın 3 pilotsuz təyyarəsinin nümayiş olunacağını bildirir. Sərgi xarici kütləvi informasiya vasitələri və diplomatlar üçün açıq olacaq. İran üçün ən dəyərli qənimət “Qəndəhar heyvanı” ləqəbli “BPLA RQ-170” pilotsuz təyyarəsi sayılır. Bu təyyarənin geri qaytarılması xahişi ilə Tehrana şəxsən ABŞ prezidenti Barak Obama müraciət edib. İran tərəfi xahişi rədd edib. Rəsmi Tehran bəyan edib ki, əldə etdikləri gizli informasiyaların oxunması prosesi tezliklə başa çatacaq. Bu, həmçinin İrana öz pilotsuz “gözəgörünməz təyyarə”lərini istehsal etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR