Bank Of Baku

İran universitetləri və elm mərkəzləri pilotsuz təyyarəni tədqiq edəcək

İran universitetləri və elm mərkəzləri pilotsuz təyyarəni tədqiq edəcək
# 16 dekabr 2011 02:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ölkənin silahlı qüvvələrinin ələ keçirdiyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus "RQ 170" tipli pilotsuz casus təyyarəsini tədqiq etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu İranın elm, araşdırma və texnologiya naziri Kamran Daneşçu müdafiə naziri, general Əhməd Vəhidiyə yazdığı məktubunda bildirib. O, İran Silahlı Qüvvələrin pilotsuz təyyarəni ələ keçirməsini hərbi uğur kimi dəyərləndirərək ölkənin müdafiə gücünü təqdir edib. Kamran Daneşcu həmçinin məktubunda universitet və elmi-tədqiqat mərkəzlərinin ABŞ-ın pilotsuz təyyarəsini tədqiq etmək üçün hər cür əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR