Bank Of Baku

Hindistanda saxta alkoqollu içkidən istifadə nəticəsində ölənlərin sayı 150-yə çatıb

Hindistanda saxta alkoqollu içkidən istifadə nəticəsində ölənlərin sayı 150-yə çatıb
# 16 dekabr 2011 08:00 (UTC +04:00)
Bakı – APA. Hindistanın şərqində saxta alkoqollu içkidən kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 150-yə çatıb. APA-nın məlumatına görə, Hindistanın NDTV kanalı xəstəxanalarda içkidən zəhərlənən təxminən 350 nəfərin müalicə olunduğunu xəbər verib.

Hadisə Qərbi Benqaliya ştatının inzibati mərkəzi Kolkata (Kəlküttə) şəhərinin 50 kilometrliyindəki Sanqrampur dəmir yolu stansiyasındakı barda baş verib. Barda içki içən şəxslər zəhərləniblər. Ölənlərin çoxu fəhlələr və yoxsul kəndlilərdir. Qəzəblənmiş yerli sakinlər barı yandırıblar. Polis bölgədə saxta içki istehsalında şübhəli bilinən 10 nəfəri həbs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR