Bank Of Baku

Tehran İnqilab Məhkəməsi Mirhüseyn Musəvinin seçki qərargahının rəhbəri olmuş azərbaycanlı siyasi fəalı 10 il müddətinə azadlıqdan məhrum edib

Tehran İnqilab Məhkəməsi Mirhüseyn Musəvinin seçki qərargahının rəhbəri olmuş azərbaycanlı siyasi fəalı 10 il müddətinə azadlıqdan məhrum edib
# 16 dekabr 2011 10:12 (UTC +04:00)
APA-nın məlumatına görə, Yaqub Məleki İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz etdiyi üçün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Azərbaycanlı siyasi fəal xarici ölkələrlə əməkdaşlıqda ittiham olunub.

Qeyd edək ki, Yaqub Məleki ölkədəki prezident seçkilərində müxalifət düşərgəsindən prezidentliyə əsas namizədlərdən biri olmuş və hazırda ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin Urmiya şəhərindəki seçki qərargahının rəhbəri olub. 8 il İran-İraq müharibəsində iştirak etmiş azərbaycanlı siyasi fəal ixtisasca hərbi pilotdur və ABŞ-da təhsil alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR