Bank Of Baku

Təbrizdə Beynəlxalq Xalça Ticarət Mərkəzi açılacaq

Təbrizdə Beynəlxalq Xalça Ticarət Mərkəzi açılacaq
# 28 dekabr 2011 18:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Təbrizdə Beynəlxalq Xalça Ticarət Mərkəzi açılacaq. APA-nın məlumatına görə, bu barədə Şərqi Azərbaycan əyalətinin Turizm, Əl İşləri Sənayesi və Mədəniyyət Mirası Təşkilatının sədri Turab Məhəmmədi bildirib. “Hazırda Təbriz İranda əllə toxunulan xalçaların satışı üçün ən önəmli mərkəzlərdən biridir. Biz belə bir mərkəz açaraq Təbriz şəhərinin xalçalarının sərgisi və satışı üçün daha çox imkan yaratmağa çalışırıq. Gələcəkdə bu istiqamətdə daha çox işlər görməyi planlaşdırırıq. Bu mərkəzin açılması isə ilk addımdır", deyə T.Məhəmmədi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR