Bank Of Baku

Yəmənin iqtidar partiyası keçmiş prezidentə ABŞ-a getməyə imkan verməyib

Yəmənin iqtidar partiyası keçmiş prezidentə ABŞ-a getməyə imkan verməyib
# 04 yanvar 2012 23:48 (UTC +04:00)
Bakı-APA. Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh ABŞ-a müalicəyə getmək planlarından imtina edib. Saleh bu addımı rəhbərlik etdiyi iqtidardakı «Ümummilli xalq konqresi» partiyasının tələbi ilə atıb.

Partiyanın liderlərindən biri şeyx Məhəmməd əş-Şaif bildirib ki, Salehin Yəməndə olması ötən il razılaşdırılmış, hakimiyyətin Fars körfəzi ərəb dövlətləri əməkdaşlıq şurasının planına uyğun olaraq müxalifətə ötürülməsi üçün vacibdir.

Salehin ABŞ-a müalicə üçün getdiyi bildirilsə də, keçmiş prezident müvəqqəti hökumətə seçkilərə daha yaxşı hazırlaşmaq üçün imkan vermək məqsədilə getdiyini bildirirdi.

Yəməndə prezident Əli Abdulla Salehin istefa tələbi ilə çıxışlar ötən ilin fevralında başlayıb. Lakin prezident istefa verdikdən sonra da bu çıxışlar səngiməyib. Nümayişçilər indi də onun mühakimə olunmasını tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR