Bank Of Baku

Əhməd Vəhidi: «İran ABŞ donanmasının Fars körfəzində mövcudluğunu istəmir»

Əhməd Vəhidi: «İran ABŞ donanmasının Fars körfəzində mövcudluğunu istəmir»
# 05 yanvar 2012 04:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ donanmasının Fars körfəzində mövcudluğu zərərlidir. Biz bunun bölgədə qarışıqlıq yaratmaqdan başqa bir şey olmadığını hesab edirik”. APA-nın məlumatına görə, bunu İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi bildirib. Onun sözlərinə görə, kənar qüvvələrin Fars körfəzində mövcud olmaması əsas istəklərimizdən biridir. Əhməd Vəhidi deyib ki, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması İranın üzərinə düşən əsas vəzifələrdən biridir: “İran uzun müddətdir Hörmüz boğazının təhlükəsizliyini təmin edir. Bölgənin əhəmiyyətli gücü olaraq bizim Hörmüz boğazı üzərində haqqımız olduqca çoxdur. Ümumiyyətlə, biz Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görürük və bundan sonra da tədbir görməkdə davam edəcəyik”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR