Bank Of Baku

İranda 3 nəfər əhalinin gözü önündə asılıb

İranda 3 nəfər əhalinin gözü önündə asılıb
# 05 yanvar 2012 12:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Simnan və Kirmanşah əyalətlərində 4 nəfər edam edilib. APA-nın məlumatına görə, ölüm hökmü çıxarılan məhbuslardan biri narkotik maddələrin qaçaqmalçılığında, digər üç nəfər isə oğurluqda təqsirləndirilib. “Sepah” bankından 271 min ABŞ dolları oğurlamaqda və soyğun zamanı 3 bank işçisini qətlə yetirməkdə ittiham olunan Sadiq İsgəndəri, Sasan Besami və Əlirza Əhmədi Kirmanşah əyalətinin Azadlıq meydanında əhalinin gözü qarşısında asılıb.

Simnan İnqilab Məhkəməsinin ölüm hökmü çıxardığı Xorasan sakini Məhəmməd Sədiqi isə 952,3 qram narkotik maddə daşımaqda təqsirləndirilərək Simnan zindanında edam edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR