Bank Of Baku

İranda tanınmış azərbaycanlı şair-publisist Səid Muğanlının məhkəməsi keçirilib

İranda tanınmış azərbaycanlı şair-publisist Səid Muğanlının məhkəməsi keçirilib
# 05 yanvar 2012 12:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda Azərbaycan dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlının məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Səid Muğanlı Bakıda keçirilən jurnalistika kurslarında iştirak etməkdə və qanunsuz pul qazanmaqda təqsirləndirilib. Azərbaycanlı jurnalistin işinə Təbriz Məhkəməsinin 105-ci şöbəsində baxılsa da, barəsində qərar çıxarılmayıb. Ötən ay apellyasiya şikayəti təmin edilməyən Səid Muğanlı Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, azərbaycanlı şair-publisist 2011-ci ilin iyun ayının 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Muğanın Yelsu kəndində həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb. ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan şairin ağır işgəncələrə məruz qaldığı da bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR