Bank Of Baku

İranın ali dini rəhbəri ölkənin xarici işlər naziri və İranın xarici ölkələrdəki səfirləri ilə görüşüb

İranın ali dini rəhbəri ölkənin xarici işlər naziri və İranın xarici ölkələrdəki səfirləri ilə görüşüb
# 05 yanvar 2012 15:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranın ali dini rəhbəri ayətullah Əli Xamneyi ölkənin xarici işlər naziri, nazirliyin yüksək vəzifəli şəxsləri və İranın xarici ölkələrdəki səfirləri ilə görüşüb. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ayətullah Xamneyi iranlı diplomatların üzərinə düşən vəzifələr barədə çıxış edib, regiondakı vəziyyət, Qərb ölkələrindəki proseslər haqqında danışıb. O deyib ki, Qərb ölkələrində islam sözü vahimə və narahatlıq yaradır: “İslam dini imperializmin əsaslarına, yəni zülm, təcavüz və işğalçılığa qarşı mübarizə aparır. Son aylar regionda gedən proseslər zamanı onlar xalq etirazlarında dini ideologiya əlamətlərinin özünü büruzə verməsindən, seçkilərdə islamçıların qalib gəlməsindən narahat olduqlarını açıq-aşkar nümayiş etdirmişlər”.

Ə. Xamneyi qeyd edib ki, bir vaxtlar Ənvər Sədat və Hüsni Mübarəkin rəhbərlik etdiyi Misirdə bu gün “Allahu-Əkbər!” sədaları eşidilir: “Bəziləri elə bilirlər ki, prosesləri pərdə arxasından idarə edən Amerikadır. Lakin bu, sırf fantaziyadır. 30 il əvvəl də bəziləri reallığı təxəyyülün gücü ilə qiymətləndirərək islam inqilabının Amerikanın ssenarisi olduğunu düşünürdülər”.

Görüşdə ayətullah Xamneyi iranlı diplomatlara öz tövsiyələrini də verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR