Bank Of Baku

İranın sabiq prezidenti Haşimi Rəfsəncani parlament seçkilərində heç bir siyasi partiya və siyasətçini dəstəkləməyəcək

İranın sabiq prezidenti Haşimi Rəfsəncani parlament seçkilərində heç bir siyasi partiya və siyasətçini dəstəkləməyəcək
# 05 yanvar 2012 16:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın sabiq prezidenti Əliəkbər Haşimi Rəfsəncani 2012-ci ilin mart ayında keçiriləcək parlament seçkilərində heç bir siyasi partiya və siyasətçini dəstəkləməyəcək. APA-nın məlumatına görə, bu barədə sabiq prezidentin rəsmi ofisi bəyanat yayıb. Bəyanatda bildirilib ki, sabiq prezident, həmçinin parlament seçkiləri ilə bağlı da heç bir münasibət bildirməyəcək.

Qeyd edək ki, 2011-ci ilin dekabr ayında Əliəkbər Haşimi Rəfsəncaninin rəsmi internet səhifəsinə blok qoyulub. Onun dövlətə qarşı çıxmaqda və hakimiyyətin əleyhinə təbliğat aparmaqda təqsirləndirilən qızı Faizə Haşimi isə Tehran Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin ona 5 il müddətində mediaya müsahibə vermək qadağan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR