Bank Of Baku

Taliblər 17 pakistanlı girov-uşaqları azad etməyə hazır olduğunu bildiriblər

Taliblər 17 pakistanlı girov-uşaqları azad etməyə hazır olduğunu bildiriblər
# 05 yanvar 2012 17:50 (UTC +04:00)
Bakı – APA. Əfqan talibləri keçən il ələ keçirdikləri 17 pakistanlı uşaqları azad etməyə hazır olduqlarını bildiriblər.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, taliblər bir qrup uşağı Əfqanıstanın Pakistanla sərhədində ələ keçiriblər. Bildirilir ki, uşaqlar Pakistanın Bancur əyalətindəki dağ dərəsinə ekskursiyaya gediblər və orada təsadüfən dürüst müəyyən edilməmiş sərhədi keçərək Əfqanıstan ərazisinə daxil olublar.
Bancur əyalət administrasiyasının nümayəndəsi bildirib ki, yaxın vaxtlarda uşaqlar Pakistana gətiriləcək. Lakin o girovların hansı şərtlərlə azad olunması barədə heç bir məlumat verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR