Bank Of Baku

İran Türkiyəni Suriya ilə bağlı siyasətini dəyişdirməyə çağırıb

İran Türkiyəni Suriya ilə bağlı siyasətini dəyişdirməyə çağırıb
# 06 yanvar 2012 02:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyə gerçəkləri qəbul edərək Suriya ilə bağlı yürütdüyü siyasəti dəyişdirməlidir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib. O bildirib ki, Suriya hökumətinin Ərəb Dövlətləri Liqası ilə razılaşması Türkiyəni xəyal qırıqlığına uğradıb. Ə.Burucerdi vurğulayıb ki, Türkiyə bölgədə sabitliyin qorunması istiqamətində lazımi siyasət yürütmür. O, İran parlamentinin sədri Əli Laricaninin yaxın günlərdə Türkiyəyə səfər edəcəyini də bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR