Bank Of Baku

İran dollardan imtina etməyə hazırlaşır

İran dollardan imtina etməyə hazırlaşır
# 06 yanvar 2012 10:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran dollardan tamamilə imtina etməyə çalışır. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin iqtisadiyyat komissiyasının üzvü Seyid Kazım Dəlhoş deyib ki, İranla tərəfdaş ölkələr arasında ticarət mübadiləsini dollarsız aparmaq üçün layihə hazırlanır: “Hazırda bu məsələ gündəmimizdədir. Hələlik bəzi ölkələr siyasi səbəblərdən dolayı bizimlə əlaqə formalarında dəyişikliklər ediblər. Təbii ki, bununla da problem qismən aradan qaldırılacaq".

Qeyd edək ki, yanvarın 5-də İran və Rusiya prezidentləri arasında gerçəkləşdirilən telefon söhbətində iki ölkə arasında həyata keçirilən ticarət mübadiləsində dollardan imtina olunması haqda razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR