Bank Of Baku

HƏMAS FƏTH nümayəndə heyətini Qəzza zolağına buraxmayıb

HƏMAS FƏTH nümayəndə heyətini Qəzza zolağına buraxmayıb
# 07 yanvar 2012 02:54 (UTC +04:00)
Bakı-APA. Qəzza zolağının hökuməti FƏTH təşkilatının nümayəndə heyətinə zolağa daxil olmağa icazə verməyib. Bu barədə FƏTH inqilabi şurasının katibi Amal Hamad məlumat verib.

Onun sözlərinə görə, Fələstin lideri Mahmud Abbasın müşaviri Ruhi Fəttah, Fələstin muxtariyyəti güc strukturlarının keçmiş rəisi general İsmayıl Cabir, FƏTH MK-nın üzvləri Səhər Beysu və Məhəmməd əl-Madanidən ibarət nümayəndə heyəti hələ də İsrail və Qəzza arasındakı Erez nəzarət-buraxılış məntəqəsindədirlər.

Xatırladaq ki, Qəzza zolağına HƏMAS, İordan çayının qərb sahilinə FƏTH hərəkatı nəzarət edir. Bu təşkilatlar ötən il vahid Fələstin hökumətinin yaradılması və 2012-ci ildə ümummilli seçkilərin keçirilməsi barədə razılıq əldə etsələr də, indiyədək onun şərtlərini yerinə yetirə bilmirlər. FƏTH nümayəndə heyəti məhz razılaşmanın yerinə yetirilməsini müzakirə etmək üçün Qəzza zolağına səfər edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR