Bank Of Baku

ABŞ ordusunun baş qərargah rəisi: “İran Hörmüz boğazını bağlamaq gücünə sahibdir”

ABŞ ordusunun baş qərargah rəisi: “İran Hörmüz boğazını bağlamaq gücünə sahibdir”
# 09 yanvar 2012 12:38 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. “İran Hörmüz boğazını bağlamaq gücünə sahibdir”. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri “CBS” kanalına müsahibəsində ABŞ ordusunun baş qərargah rəisi Martin Dempsey deyib. M.Dempsey bildirib ki, İran Hörmüz boğazını müəyyən bir müddətə bağlaya bilər: ”Amma belə olan təqdirdə ABŞ baş verən hadisələrə müşahidəçi qalmayaraq bölgəyə müdaxilə edəcək. Hörmüz boğazının bağlanması İranın nüvə silah əldə etməsi ilə eyni şeydir, hər iki vəziyyət ABŞ-a müharibə elan olunmasına gətirib çıxaracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR