Bank Of Baku

İran parlamentinin sədri: “Nüvə silahı haramdır”

İran parlamentinin sədri: “Nüvə silahı haramdır”
# 12 yanvar 2012 10:10 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Biz nüvə silahı marağında deyilik. Dini baxımdan da doğru saymırıq. Ayətullah Əli Xamneyinin də dediyi kimi, nüvə silahı, kütləvi qırğın silahları haramdır”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib. O, Türkiyəyə səfəri öncəsi verdiyi müsahibəsində bildirib ki, nüvə silahının İranın bölgədəki gücünün artmasına heç bir köməyi ola bilməz.
Qeyd edək ki, Qərb İranı nüvə silahı hazırlamaqda ittiham edir. İran isə bu ittihamları daim rədd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR