Bank Of Baku

Laricani: «İran nüvə proqramı ilə danışıqlara hazırdır»

Laricani: «İran nüvə proqramı ilə danışıqlara hazırdır»
# 13 yanvar 2012 02:47 (UTC +04:00)
Bakı-APA. İran özünün nüvə proqramı ilə bağlı «altılıq»la (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) «ciddi danışıqlar»ın bərpa olunmasına hazırdır. İran İslam Respublikası parlamentinin spikeri Əli Laricani belə bir bəyanatla çıxış edib.

«İran həmişə özünün nüvə proqramı ilə əlaqədar «altılıq»la danışıqlara hazır olub. Bu danışıqlar yalnız ciddi olduqları halda uğurla nəticələnə bilər», deyə Laricani bildirib.

«Bizim türk dostlarımız danışıqların Türkiyədə keçirilməsini təklif ediblər və biz də razılaşmışıq», deyə Laricani əlavə edib.

Hazırda İran parlamentinin sədri Türkiyədə səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR