Bank Of Baku

Yaponiya hökumətində beş nazir dəyişdirilib

Yaponiya hökumətində beş nazir dəyişdirilib
# 13 yanvar 2012 07:34 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın baş naziri Yesixiko Noda öz hökumətində beş naziri dəyişdirib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, əvvəlki kabinetə daxil olan 12 nazir öz postunda qalıb.

Yeni hökumətdə müdafiə naziri Yasuo İtikavunu Naoki Tanaka əvəzləyib. Sosial təhlükəsizliyə və vergi islahatlarına cavabdeh olan baş nazirin müavini vəzifəsinə keçmiş xarici işlər naziri Katsuya Okoda gətirilib.

Bundan başqa, ədliyyə, təhsil, mədəniyyət və idman nazirləri, həmçinin İctimai təhlükəsizlik üzrə komissiyanın sədri də dəyişdirilib.

Qeyd edək ki, Yaponiya hökuməti baş nazir Yesixiko Nodanın müxalifəti təmin edən kadr dəyişiklikləri aparması üçün istefa verib. Y.Nodaya müxalifətin dəstəyi büdcə kəsirinin azaldılması məqsədilə satış vergisinin artırılması haqqında qanun qəbul etmək üçün lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR